USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Elçin Quliyev yenidən ARAF-ın prezidenti seçilib


  • İdman
  •  10:59 25.01.2024
  •  59
https://img.baki-baku.az/news/2024/01/photo_10783.jpg

Azərbaycan Respublikası Atçılıq Federasiyasında (ARAF) 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva və federasiyanın prezidenti Elçin Quliyev iştirak ediblər.

Tədbirdə 2023-cü ilin yekunları haqqında hesabat məruzəsi ilə çıxış edən federasiyanın baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa, hesabat xarakterli videomateriallar təqdim olunub.

Daha sonra il ərzində əldə olunmuş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Çingiz Hüseynzadə, Fərid Qayıbov və Elçin Quliyev təltif ediblər.

Tədbirin ikinci hissəsində federasiyasının ümumi yığıncağı keçirilib. Tədbirdə qurumun prezidentinin və vitse-prezidentlərinin, idarə heyəti üzvlərinin seçkiləri baş tutub. Elçin Quliyev növbəti 5 illik müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti seçilib.

Elçin Quliyev ona göstərilən etimada görə minnətdarlığını bildirərək Azərbaycan Prezidenti İlham Əliyevin bütün idman növlərinə, o cümlədən də atçılığa göstərdiyi xüsusi diqqət və qayğıdan, bu idman növünün inkişafı, həmçinin gələcək planlar, xüsusilə komandaların sayının artırılması və atçılığın hər bir növünün ayrılıqda inkişaf məsələləri, federasiyanın qarşısında duran məqsədlər və görüləcək işlərdən danışıb. Qeyd edilib ki, 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə qazanılması əsas prioritetdir.

Çingiz Hüseynzadə federasiyanın yeni seçilmiş rəhbər heyətini təbrik edib və ölkəmizdə atçılığın əhəmiyyətindən, gələcəkdə milli atçılığın növü olan çövkən üzrə beynəlxalq yarışların keçirilməsi imkanlarından danışıb. Atçılığın Olimpiya proqramında ən qədim idman növlərindən biri olan dresaj üzrə milli komandanın artıq formalaşmasını yüksək qiymətləndirib.

Fərid Qayıbov atçılıq idman növünün spesifikliyi, Azərbaycanın bölgələrində də atçılığın inkişafı, yeni zavodların fəaliyyətə başlaması məsələlərinə toxunub. Çıxışının sonunda Gənclər və İdman naziri də yeni seçilmiş heyəti təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Leyla SABİRQIZI, XQ




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

İdman