USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Komando” hərbi-idman oyununun Əsasnaməsi qəbul olunub


  • İdman
  •  17:59 24.01.2024
  •  72
https://img.baki-baku.az/news/2024/01/photo_10772.jpg

Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, qurumun 2024-cü il üçün perspektiv iş planı təsdiqlənib.

Bundan başqa, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib. İclasda idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı və ilin təqvim planı təsdiqlənib.

İdman mütəxəssislərinə veriləcək yeni döş nişanları və müvafiq vəsiqələr, “İdman səfiri”nin seçilməsi haqqında Əsasnamə, “İdman obyektləri və avadanlıqlarının standartlaşdırılması” üzrə Texniki Komitənin yaradılması, 2023-2024-cü illər üçün Vahid İdman Təsnifatına atçılıq idman növü üzrə əlavələr və digər məsələlər müzakirə edilərək qəbul olunub.

Kollegiyanın qərarı ilə pauerliftinq, stronqman, qol güləşi idman növləri və onların fənləri Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının fəaliyyət istiqamətinə əlavə edilib.

2023-cü ildə əldə edilmiş nailiyyətlərə görə istedadlı və yaradıcı gənclərin, həmçinin “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələləri, ali təhsil müəssisələrinin tələbələri arasında “Komando” hərbi-idman oyununun Əsasnaməsi də Kollegiyada müzakirə edilərək qəbul olunub.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İdman