USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Baş məşqçi: Məqsədimiz azı daha 3 vəsiqəyə sahib olmaqdır


  • İdman
  •  15:07 19.01.2024
  •  55
https://img.baki-baku.az/news/2024/01/photo_10712.jpg

Azərbaycan boksunun 100 illik yubileyinə töhfə vermək istəyirik.

“XQ” xəbər verir ki, bunu boks üzrə Azərbaycan millisinin baş məşqçisi Pedro Roke Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətinə açıqlamasında deyib.

Baş məşqçi komandanın hazırlıqlarını ABŞ-ın Kolorado ştatında davam etdirdiyini deyib:

–Bakıda fiziki məşqlərdən sonra burada texniki-taktiki məşqlər üzərində işləyirik və toplanış çox yüksək səviyyədə keçir. Boksçularda da əhval-ruhiyyə əladır.

Təcrübəli mütəxəssis yığmanın hazırkı durumunu dəyərləndirib, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq planını açıqlayıb və Azərbaycan boksunun 100 illik yubileyində tarixi uğur qazanmaq arzusunda olduğunu bildirib.

Rokenin sözlərinə görə, Olimpiya çəki dərəcələri üzrə ABŞ-ın Kolorado ştatında təlim-məşq toplanışı plan üzrə gedir və fevralın 1-dək davam edəcək hazırlıq yığma üçün çox faydalı olacaq: “Boksçularımızın durumu çox yüksək səviyyədədir və hər birindən razıyam. Bütün hazırlıqlar plan üzrə davam edir. Məqsəd Olimpiya təsnifat turnirlərinə kimi pik nöqtəyə çatmaq və yaxşı nəticələr əldə etməkdir. İstəyirik ki, daha bir neçə lisenziya qazanaq. Toplanışda ABŞ yığması ilə yanaşı, İngiltərə millisi də iştirak edir. Bir çox dünya çempionları, olimpiya mükafatçısı da bizlə hazırlıq keçir. Birgə toplanış inkişaf baxımından boksçularımızın çox xeyrinə olacaq. Bir sözlə, lisenziya turnirləri öncəsi çox gözəl imkandır. ABŞ və İngiltərə komandaları ilə 3-4 sınaq döyüşləri də planlaşdırırıq”.

Roke Olimpiya ilində uğur qazanacaqlarına inam ifadə edib:

–Gözləntilərimiz çox müsbətdir. Hələlik 2 lisenziya qazanmışıq və məqsədimiz azı daha 3 vəsiqəyə də sahib olmaq, Azərbaycan boksuna yüksək nəticələrlə töhfə verməkdir. Bu il də ölkəmizi layiqincə təmsil edəcəyimizə inanıram. Qarşıda bizi İtaliya və Tailandda 2 təsnifat turniri gözləyir. 7 lisenziyadan ən azı 5-nə sahib olmaq üçün boksçularımız öz şanslarını yoxlayacaqlar.

Baş məşqçi kimi yığmada bir neçə rekorda sahib kubalı mütəxəssisin vurğulayıb ki, hədəfi Azərbaycan boksunun 100 illik yubileyində Paris-2024 Yay Olimpiya Oyunlarından qızıl medalla qayıtmaqdır: “Bu il boks ailəmiz üçün əlamətdardır. Azərbaycan boksunun 100 illik yubileyinə biz də öz töhfəmizi vermək istəyirik. Daim əzmlə çalışırıq ki, yubiley və Olimpiya ilində Azərbaycan boksuna bir ilk yaşadaq, Olimpiadada himnimizi səsləndirək və Bakıya qızıl medalla qayıdaq. Rio-de-Janeyro-2016-da buna çox yaxın olduq. Amma təəssüf ki, çempionluğun 1 addımlığında dayandıq. Bu il isə buna çox inanıram. Çünki federasiya, ölkə və xalq bizə çox böyük ümid bəsləyir. Çalışacağıq ki, onların güvənini boşa çıxarmayaq və yubileyə xüsusi hədiyyə ilə gələk”.

Roke artıq lisenziya qazanan Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) xüsusi proqramla hazırlıq keçməyə başladıqlarını da deyib. O bildirib ki, olimpiyaçılar ABŞ toplanışında xüsusi diqqətdədir: “Onlar da bizimlə Koloradoda təlim-məşq toplanışındadır. Nəzarətim altında xüsusi proqramla işləməyə başlamışıq. Paris-2024 Yay Olimpiya Oyunlarının startınadək hər şeyin yüksək səviyyədə olacağına inanırıq. Toplanışda hələlik əsas diqqətimiz lisenziya əldə etmədiyimiz digər 5 çəki dərəcəsində də vəsiqələrin qazanılması üçün ən yaxşı formanı yığmağa yönəlib”.

Qeyd edək ki, lisenziya xarakterli I Dünya Təsnifat Turniri martın 4-11-də Busto Arsizioda (İtaliya), II Dünya Təsnifat Turniri mayın 26-dan iyunun 2-dək Banqkokda olacaq. Paris-2024 Yay Olimpiya oyunları isə 26 iyul – 11 avqustda keçiriləcək.

L. QURBANOVA




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

İdman