USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Almaniya mətbuatı: Azərbaycandan olan favorit şahmatçı hamını mat edir


  • İdman
  •  16:05 07.01.2024
  •  72
https://img.baki-baku.az/news/2024/01/photo_10478.jpg

Almaniya mətbuatı bu ölkənin Şvebiş-Qmyund şəhərində keçirilmiş "Staufer-Open" turnirinin qalibi olan Azərbaycan şahmatçısı Eltac Səfərlinin uğurundan yazıb.

“Schwaebische-post.de” saytında dərc edilən “Azərbaycandan olan favorit hamını mat edir” başlıqlı məqalədə 32 yaşlı qrosmeysterin inamlı çıxışı xüsusi vurğulanıb.

Səkkizinci turda ev sahibi Timo Kyuppersə qalib gələrək ilk pilləni vaxtından əvvəl təmin edən şahmatçının son oyunda yarışın ən yaxşılarından olan çexiyalı Pyotr Veliçkanı cəmi 29 gedişə məğlub etdiyi qeyd olunub.

Nəşrin yazdığına görə, 9 mümkün xaldan 8,5-ni toplayan E. Səfərli turnirin tarixində yeni rekorda imza atıb. Geridə qalan 34 il ərzində heç bir peşəkar şahmatçı belə nəticə əldə etməyib.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman