USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Milli Paralimpiya Komitəsinin nümayəndələri Fransada vacib görüş keçiriblər


  • İdman
  •  14:40 13.12.2023
  •  107
https://img.baki-baku.az/news/2023/12/photo_10130.jpg

Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndələrinin Fransada “Paris-2024” XVII Yay Paralimpiya İdman Oyunlarının təşkilat komitəsinin üzvləri ilə görüşü baş tutub.

MPK-dan  verilən məlumata görə, təşkilat komitəsinin nümayəndəsi Sofi Hertfelder ilə görüş zamanı Azərbaycan milli komandasının yarışda iştirakı və təşkilatı işlərlə bağlı müzakirələr aparılıb.

Eləcə də, komitə nümayəndələri milli üzvlərinin Oyunlardan əvvəl təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulan Ajen şəhərinin merinin idman məsələləri üzrə müavini Alan Klayman ilə görüşüblər. Ardınca şəhərin idman infrastrukturu və məşq bazaları ilə tanış olublar.

Xatırladaq ki, Azərbaycan paralimpiyaçıları “Paris 2024”ə indiyədək yüngül atletika, güllə atıcılığı və üzgüçülük idman növləri üzrə 6 lisenziya qazanıblar.

 




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman