USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AQTA dönərxanalarda “S.Aureus”, “E.Coli” və “Salmonella” aşkarlayıb


  • Sosial
  •  15:38 24.11.2023
  •  111
https://img.baki-baku.az/news/2023/11/photo_9834.jpg

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərxanalarda keçirilən monitorinqlərin növbəti nəticələrini açıqlayıb.

Agentliyə vətəndaşlardan daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrdə paylaşımlar və mediada dərc olunmuş məlumatlar müvafiq qaydada təhlil edilərək, bu sahədə araşdırmaların miqyası daha da genişləndirilib. Agentlik dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələrini açıqlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın ilk ongünlüyündə keçirilən monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 7A ünvanında fəaliyyət göstərən dönərxana;

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində (160 nömrəli marşrut xəttinin son dayanacağı) fəaliyyət göstərən “Kral Dönər”;

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 2 ünvanında fəaliyyət göstərən “Stop Dönər”;

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 122 ünvanında fəaliyyət göstərən dönərxana;

Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi, 74 ünvanında fəaliyyət göstərən "Şaurma" restoranı;

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan şəhərtipli qəsəbə, Z.Əliyev küçəsi, 27Q ünvanında fəaliyyət göstərən "Doneritto" restoranı;

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 114 ünvanında fəaliyyət göstərən "Dönər Storm" və

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şəhərtipli qəsəbə, Sədərək Ticarət Mərkəzi, zona 3, korpus 15, mağaza 127 ünvanında fəaliyyət göstərən "Ordubad" kafesində növbəti plandankənar yoxlamalar aparılıb.

Yoxlama zamanı qida blokunda çalışan işçi personaldan, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, “Çiy toyuq əti dönəri”, “Çiy mal əti dönəri”, “Bişmiş toyuq əti dönəri”, “Bişmiş mal əti dönəri” və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində “S.Aureus”, “E.Coli” və “Salmonella” aşkarlanıb.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial