USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mərakeşli nazir: Qoşulmama Hərəkatının Bakı konfransı sıx əməkdaşlıq etmək baxımdan olduqca əhəmiyyətlidir


  • Sosial
  •  12:39 20.11.2023
  •  19
https://img.baki-baku.az/news/2023/11/photo_9736.jpg

Bu konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana və digər ölkələrə təşəkkür edirəm. Bu görüş bizim üçün çox böyük fürsətdir, fikir mübadiləsi aparmaq, yaxından əməkdaşlıq etmək baxımından olduqca əhəmiyyətlidir.

Bu fikirləri Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransında səsləndirib.

O, Mərakeş Krallığında qadın, uşaq və ailə məsələləri istiqamətində həyata keçirilən işlərdən bəhs edərək deyib: “Mövcud sahədə bir sıra irəliləyişlər əldə olunub. Qadınlara qarşı zorakılığın qarşısının alınması baxımından dövlət tərəfindən lazımi addımlar atılır. Mərakeşin inkişafında qadınlar böyük pay sahibi olmalıdır. Bütün sahələrdə qadınların fəaliyyəti təqdirəlayiq və danılmazdır”.

Qadınların bütün sahələrdə tamhüquqlu şəxs kimi qəbul edilməli olduqqlarını deyən Hayar Avatif ölkəsindəki deputatların 24 faizini qadınların təşkil etdiyini söyləyib. Qeyd edilib ki, Mərakeşdə qadınlar üçün bütün sahələrdə layiqli şərait yaradılıb.




Redaktorun seçimi

Respublikaçılar Co Baydenə qarşı
  • Daxili siyasət
  • 11:31 07.12.2023
Respublikaçılar Co Baydenə qarşı
Paşinyanın uğursuz müttəfiq axtarışları
  • Daxili siyasət
  • 11:02 07.12.2023
Paşinyanın uğursuz müttəfiq axtarışları
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
  • Daxili siyasət
  • 10:57 07.12.2023
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
Dünya savaşdan doymur
  • Daxili siyasət
  • 10:01 06.12.2023
Dünya savaşdan doymur

Sosial