USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Füzuliyə növbəti mərhələdə 461 nəfər köçürüləcək


  • Sosial
  •  17:19 18.11.2023
  •  25
https://img.baki-baku.az/news/2023/11/photo_9714.jpg

Böyük Qayıdış üzrə I Dövlət Proqramı çərçivəsində Füzulidə tikilən yaşayış məhəllələrinə növbəti mərhələdə 122 ailə (461 nəfər) köçürüləcək. Bununla da şəhərdə 380 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin olunacaq.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov noyabrın 18-də keçirilən püşkatma zamanı məlumat verib.

O bildirib ki, hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, davamlı inkişafı və məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi kimi şərəfli vəzifə durur. Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Füzulidə məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur yaradılıb. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.




Redaktorun seçimi

Respublikaçılar Co Baydenə qarşı
  • Daxili siyasət
  • 11:31 07.12.2023
Respublikaçılar Co Baydenə qarşı
Paşinyanın uğursuz müttəfiq axtarışları
  • Daxili siyasət
  • 11:02 07.12.2023
Paşinyanın uğursuz müttəfiq axtarışları
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
  • Daxili siyasət
  • 10:57 07.12.2023
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
Dünya savaşdan doymur
  • Daxili siyasət
  • 10:01 06.12.2023
Dünya savaşdan doymur

Sosial