USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zabuxa qayıdan ailələrə evlərinin açarları təqdim olunub


  • Sosial
  •  17:52 16.11.2023
  •  91
https://img.baki-baku.az/news/2023/11/photo_9669.jpg

Noyabrın 16-da Laçının Zabux kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.

Paytaxtda və Abşeronda məskunlaşan 20 ailə olmaqla 71 nəfər Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən köç karvanı ilə yola düşüblər. Həmçinin Tərtər rayonundan 2 ailə olmaqla 10 nəfər, Bərdə rayonundan 1 ailə olmaqla 5 nəfər, Qax rayonundan 1 ailə olmaqla 4 nəfər, Lənkərandan 1 ailə olmaqla 4 nəfər məskunlaşdıqları ərazidən yola salınaraq, Horadiz şəhərində köç karvanına qoşulublar. Beləliklə, Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 94 nəfərin yurd həsrəti bitib.

Ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov, Laçın rayon Polis Şöbəsinin rəisi Adil Əsədov iştirak ediblər.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial