USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

DYP-nin reydi zamanı əlavə neqativ hallar aşkarlandı: Siqareti yerə atdı, maşının üstündə yazı aşkarlandı


  • Sosial
  •  19:38 06.11.2023
  •  72
https://img.baki-baku.az/news/2023/11/photo_9524.jpg

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birlikdə keçirdikləri reyd zamanı bir sıra əlavə neqativ hallar aşkarlanıb.

Paytaxtın Azadlıq prospektində keçirilən nəzarət tədbirləri zamanı aşkarlanmış nöqsanlar sürücülərin, eləcə də digər hərəkət iştirakçılarının diqqətinə çatdırılıb. Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, reyddə məqsəd cəmiyyətdə düzgün ictimai qınaq formalaşdırmaq, küçələri, prospektləri avtomobillərdən tullantılar atmaqla çirkləndirən, ətrafdakı insanlara hörmətsiz münasibət göstərən şəxslər, eləcə də avtomobillərin üzərinə lüzumsuz yazılar, ifadələr yazmaqla digər sürücülərin diqqətini çəkən, ətrafdakı insanların hüquqlarına, maraqlarına, ictimai mövqelərinə uyğun olmayan tərzdə hər hansı fikri çatdırmağın da istər qanunvericilik çərçivəsində, istərsə də mənəvi baxımdan kifayət qədər ciddi məsuliyyət formalaşdırdığını sürücülərin diqqətinə çatdırmaq olub:

“Hər bir kəsi bu cür hərəkətlərdən çəkinməyi xahiş edirik. Sürücülərdən əsasən xahişimiz budur ki, avtomobillərini texniki saz vəziyyətində idarə etsinlər, özlərinin və ətrafdakı insanların həyat və sağlamlıqlarına diqqət yetirsinlər, yol hərəkəti iştirakçısı kimi lazımsız ifadələri avtomobillərin üzərində gəzdirməsinlər. Buraya müxtəlif şəkillər, yazılar və digər xoşagəlməz çağırışlar aiddir. Belə tədbirlər paytaxtın digər ərazilərində də mütəmadi keçiriləcək”.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial