USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İstanbulda Türk Xəbər Agentlikləri Alyansının I Baş Assambleyası keçirilib


  • Sosial
  •  18:19 06.11.2023
  •  85
https://img.baki-baku.az/news/2023/11/photo_9521.jpg

İstanbulda Türk Xəbər Agentlikləri Alyansının (ATNA) I Baş Assambleyası keçirilib.

Tədbirdə ATNA-ya üzv ölkələrin - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın xəbər agentliklərinin rəhbərləri, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak ediblər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri tədbirdə çıxış edərək ATNA-nın fəaliyyətinin gücləndirilməsi üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğulayıb. Vüqar Əliyev bu məqsədlə bütün üzv agentlikləri təşkilatın həyatında fəal iştirak etməyə çağırıb.

Alyansın ilk tədbirində qəbul olunan qərarlara əsasən, Anadolu Agentliyi 2023-2025-ci illərdə ATNA-ya sədrlik edəcək. Agentliyin İdarə Heyətinin sədri və Baş direktoru Serdar Karagöz gələcək iki il üçün Alyansın prezidenti, Qazaxıstanın “Qazcontent” Agentliyinin İdarə Heyətinin sədri Bekzat Jussupov vitse-prezidenti, AZƏRTAC-ın Qlobal kommunikasiya və informasiya departamentinin müdiri Elşən Şahbalayev isə Baş katibi seçilib.

Gələcək dövr, yəni, 2025-2027-ci illərdə ATNA-ya Qazaxıstanın “Qazcontent” Agentliyi rəhbərlik edəcək. Alyansın növbəti Baş Assambleyasının Astana şəhərində keçirilməsi nəzərdə tutulur.

Tədbirdə təşkilatın beynəlxalq xəbər məkanına inteqrasiyası, fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial