USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BNA paytaxtdakı sıxlığın daha bir səbəbini tapdı (?)


  • Sosial
  •  11:01 22.09.2020
  •  305
https://img.baki-baku.az/news/2020/09/photo_952.jpg

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib. BNA-dan APA-ya verilən xəbərə görə, paytaxt yollarında günün əsasən pik və qeyri-pik saatlarında tıxac və sıxlıq hallarının yaranmasının bir səbəbi də nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalmasıdır: "Son aylar bu hal özünü daha qabarıq formada göstərməkdədir. Gün ərzində əsas nəqliyyat yükü olan küçə və prospektlərdə ən az 2-3 belə hal müşahidə olunur. 

Hər bir nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması digər avtomobillərin hərəkətində ləngimələrə səbəb olur ki, nəticədə tıxac və sıxlıq halları qaçılmaz olur. Bu zaman ən çox əziyyəti isə ictimai nəqliyyat istifadəçiləri çəkirlər. Metronun fəaliyyət göstərmədiyi sərt karantin zamanı bu cür halların olması vəziyyəti daha da çətinləşdirirdi.  

Ötən gün H.Əliyev və Z.Bünyadov prospektlərində, R.Behbudov küçəsində nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması ilə bağl hal müşahidə olunub. Sentyabrın 20-i axşam saatlarında Bakı-Sumqayıt şosesində müşahidə olunan belə hal şimal istiqamətində şəhərə girişdə ciddi çətinliklər yaratmışdır. Eyni vəziyyət bu gün səhər də qeydə alınıb.

Bunu nəzərə alaraq sürücülərə tövsiyə edirik ki, texniki baxımdan nasaz vəziyyətdə olan avtomobillə yola çıxmaqdan çəkinsinlər. Nəqliyyat vasitəsinin texniki vəziyyətini daim nəzarət saxlasınlar".




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Sosial