USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xəzəryanı ölkələrin Ekspert Qrupu tədbirlərinin həyata keçirilməsi üzrə İş Planı hazırlayacaq


  • Sosial
  •  18:46 04.11.2023
  •  81
https://img.baki-baku.az/news/2023/11/photo_9508.jpg

Xəzər dənizinin səviyyəsinin dəyişməsinin səbəblərinin öyrənilməsi, səviyyə ssenariləri və uyğunlaşma tədbirlərinin hazırlanması üzrə Xəzəryanı ölkələri təmsil edən Ekspert Qrupunun Bakıda keçirilən iclası yekunlaşıb.

Tədbirdə Xəzəryanı ölkələrin ətraf mühit nazirlikləri, hidrometeorologiya xidmətləri və digər aidiyyəti qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və beynəlxalq ekspertlər, ümumilikdə 50-dən artıq mütəxəssis iştirak edib.

Görüşdə Xəzər dənizinin səviyyəsinə təsir edən amillər, dəniz səviyyəsinin dəyişməsinin yaratdığı problemlər və vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.

İclas iştirakçıları Xəzər dənizinin səviyyəsinə təsir edən hidrometeoroloji və digər elementlərin, proseslərin monitorinqi, qiymətləndirilməsi, iqlim və dəniz səviyyəsi ssenarilərinin birgə işlənməsi, həmçinin bütün hövzə üçün uyğunlaşma tədbirlərinin həyata keçirilməsi sahəsində İş Planının hazırlanması barədə razılığa gəlib.

Xəzər dənizində baş verən səviyyə ssenarilərinə cavab olaraq uyğunlaşma tədbirlərinin həyata keçirilməsi, qaldırılan məsələlərin koordinasiyalı həlli üçün Ekspert Qrupunun görüşlərinin bir platformaya çevrilməsi iştirakçılar tərəfindən qəbul olunub.

Qeyd edək ki, Ekspert Qrupu Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi tövsiyələrə əsasən Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial