USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ədliyyə naziri Cəlilabadda vətəndaşlarla görüşüb


  • Sosial
  •  19:19 03.11.2023
  •  82
https://img.baki-baku.az/news/2023/11/photo_9495.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə yerində baxılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 3-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Cəlilabad rayonunda Cəlilabad, Biləsuvar, Cəbrayıl və digər rayonlardan olan vətəndaşlarla görüş keçirilib.

Əvvəlcə bu il 100 illiyini geniş qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin Cəlilabad rayonunda abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Görüşdə vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Bölgə sakinləri onların müraciətlərinin təmin olunmasına, daim diqqət və qayğı göstərilməsinə və yerlərdə mütəmadi görüşlərin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində nazir bölgədə fəaliyyət göstərən ədliyyə orqanlarına və məhkəmələrə baş çəkərək iş şəraiti ilə tanış olub, fəaliyyətin səmərəli təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Vətən müharibəsində parlaq Zəfərimizin ildönümü ərəfəsinə təsadüf edən tədbirlər zamanı dövlət başçısının rəhbərliyi ilə ötən 20 ildə Azərbaycanın uğurlu inkişaf yolu keçərək qüdrətli dövlətə çevrildiyi, tarixi qələbələrimizlə erməni işğalına və separatizminə son qoyularaq doğma torpaqlarımızın azad edildiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu vurğulanıb. Müzəffər xalqımızın Azərbaycan Prezidentinin ətrafında dəmir yumruq kimi sıx birləşərək bundan sonra da möhtəşəm nailiyyətlər qazanacağı bildirilib.

Bölgəyə səfər zamanı nazir, həmçinin Lənkəran şəhərində inşası başa çatmaqda olan müasir penitensiar kompleksə baş çəkərək görülən işlərlə tanış olub, müvafiq tapşırıqlar verib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial