USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qazi Ramin Zakirov Respublika Klinik Xəstəxanasında apendektomiyadan əməliyyat olunub


  • Sosial
  •  16:59 30.10.2023
  •  86
https://img.baki-baku.az/news/2023/10/photo_9412.jpg

Qazi Ramin Emin oğlu Zakirov TƏBİB-in tabeliyində olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında apendektomiyadan əməliyyat olunub.

Xəstəxanadan  bildirilib ki, Oğuz rayonunun Padar kənd sakini, 1998- il təvəllüdlü Ramin Zakirov Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edib. Ramin Zakirov xəstəxananın II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən müayinə edilib, xəstəyə kəskin apendisit diaqnozu qoyulub və apendektomiya cərrahi əməliyyatı uğurla icra olunub.

Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova və II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynova öz minnətdarlığını bildirib.

Qeyd edək ki, II Qarabağ müharibəsi qazisi Ramin Zakirov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial