USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ombudsman: Ermənistanda sosial şəbəkələrdə Azərbaycana qarşı nifrət nitqi daha da artmaqdadır


  • Sosial
  •  11:07 30.10.2023
  •  79
https://img.baki-baku.az/news/2023/10/photo_9390.jpg

"Etnik zəmində ayrı-seçkilik, nifrət nəticəsində yaranmış münaqişələr müasir dövrdə dünyada ən mühüm problemlərdən biridir. Etnik zəmində nifrət siyasətinin həyata keçirilməsi, nifrət nitqinin mövcudluğu ümumbəşər dəyərlərlə ziddiyyət təşkil etməkdədir. Bu cür mənfi hallar millətlər, dövlətlər arasında münaqişələrin baş verməsinə gətirib çıxarır, cəmiyyətdə hüquq bərabərliyinin təmini məsələsinə maneə yaradır".

Bu fikirləri İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatlarının təqdimatına həsr olunmuş konfransda səsləndirdi.

Səbinə Əliyeva bildirdi ki, uzun illərdir Azərbaycan da bu siyasətin acı nəticələrindən əziyyət çəkir. Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, bu ölkənin siyasi rəhbərliyinin bölgədəki digər millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət edilib.

"Ermənistan tərəfinin torpaqlarımızın uzun illər işğal altında saxlanılması və bir milyondan çox insanın öz yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi azərbaycanlılara qarşı aparılan nifrət siyasətinin bariz göstəricisidir. Bu gün sosial şəbəkələrdə və rəqəmsal mediada Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır", - deyə S.Əliyeva diqqətə çatdırıb.

Rizvan FİKRƏTOĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial