USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zahid Oruc: Nifrət nitqi təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir


  • Sosial
  •  10:51 30.10.2023
  •  78
https://img.baki-baku.az/news/2023/10/photo_9388.jpg

200 ildən artıq davam edən düşmənçiliyin Xankəndində ucaldılan üçrəngli bayrağımızla başa çatdığını deyənlər, haqlı olaraq, məğlub qüvvələrin yalnız silahlı qüvvələrinin, dövlət və siyasət adamlarının deyil, daha çox mifologiyalar və proqramlarının, bunu canlı tutan mədəniyyət, ədəbiyyat və təhsil sistemlərinin də iflasa uğradığını göstərməklə Zəfərimizin daha ali və müqəddəs mahiyyətini nümayiş etdirirlər. Bizə yeni milli kimlik qazandıran, Azərbaycanı Zəfər ölkəsinə çevirən son 3 ilin salnaməsi təkcə torpaqlarımızın azadlığı və suverenliyi deyil, həm də xeyirxahlığın dəxahlıq, varlığın inkar, quruculuğun dağıdıcılıq, nizamın xaos, ünsiyyətin nifrət və nəhayət, barışın düşmənçilik üzərində qələbəsidir. Dünən bir əsrlik yaşını “Yer-Göy Cümhuriyyət” şüarı ilə qeyd edən Türkiyə Respublikasının qurucu atası olan Atatürkü ehtiramla anarkən, Ulu öndər Heydər Əliyevin 100 illiyində Azərbaycanın qazandığı Qurtuluşun da əbədi və dönməz olacağına dərindən inanırıq!

Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” konfransında dedi.

Deputat qeyd etdi ki, Avropa Şurasının tərifinə görə, “nifrət nitqi dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, antisemitizmi və nifrətin digər formalarını yayan, təhrik, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarıdır: “Nifrət nitqi” yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə məhdudlaşıb qalmır, sonra dağıdıcı qüvvələrin əlində gerçək qırğın aktlarına, qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur. Xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin ən böyüyü 7 rayonun yer üzündən silinməsidir. Əks halda sual olunur: “Bir dövlət özününkü saydığı torpaqlarda əsrlərlə yaradılan maddi-mədəni sərvətləri niyə dağıtsın ki?” 

Göründüyü kimi, "nifrət nitqləri və cinayətləri" siyasətə çevriləndə dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınaraq təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir".

Zahid Oruc xatırladıb ki, on illər ərzində türk məfhumunu “düşmən” sözünün sinonimi kimi tirajlayanlar məişətdən dövlət səviyyəsinə qədər bir-birilə o dildə danışıblar. 

"Ailə tərbiyəsinin kanonları burada mühüm rol oynayır. Ermənistan Baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir. Paşinyandan sitat: “Mənə “türk nikol” deyirlər. Lakin mən bunu təhqir saymıram”. Göründüyü kimi, şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur", - deyə Z.Oruc bildirib. 

Rizvan FİKRƏTOĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial