- Daxili siyasət
- 13:59 28.09.2024
Fövqəladə Hallar Nazirliyi (FHN) ilə “Bakı Metropoliteni” QSC metronun “20 Yanvar” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda oktyabrın 27-də gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Qurumdan bildiriblər ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.