USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib


  • Sosial
  •  12:24 26.10.2023
  •  96
https://img.baki-baku.az/news/2023/10/photo_9320.jpg

Oktyabrın 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub.

Xidmətdən bildirilib ki, müddətli həqiqi hərbi xidmətə çağırış prosesinin müasir tələblərə uyğun həyata keçirilməsi, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin prioritet məsələ kimi nəzarətdə saxlanıldığı qeyd edilib. Cari ilin oktyabr ayının 1-dən başlanmış növbəti çağırış prosesinin müvəffəqiyyətlə yekunlaşması məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinlərinin daxil olduğu Mərkəzi Çağırış Komissiyası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılıb və rayon / şəhər çağırış komissiyalarının fəaliyyətinə nəzarət edir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial