USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib


  • Sosial
  •  18:30 21.10.2023
  •  93
https://img.baki-baku.az/news/2023/10/photo_9193.jpg

"De Fendo" Vəkil Bürosunda Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən verilən məlumata görə, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq, Vəkillər Kollegiyasının Akademiyasının təsis olunması məsələsinə baxılıb. Rəyasət Heyəti müsbət qərar qəbul edib. Eyni zamanda, Kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyevin Akademiyanın rəhbəri təyin edilməsi qərara alınıb.

Sonra beynəlxalq təcrübə nəzərə alınaraq, Kollegiyanın Aparat rəhbəri vəzifəsinin Baş katib adlandırılması məsələsinə baxılıb və bundan irəli gələn digər qərarlar verilib.

Həmçinin iclasda Naxçıvan Dövlət Universitetinin müraciətinə baxılıb. Belə ki, cari ildə imzalanmış Memoranduma uyğun olaraq, təhsildə fərqlənən tələbələr üçün fərdi təqaüdün ayrılması məqsədilə Vəkillər Kollegiyası tərəfindən "Heydər Əliyev adına tələbə təqaüd proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis edilib.

Eyni zamanda, vəkilliyə qəbul, vəkillərin digər vəkil qurumuna keçməsi, bəzi vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi və müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.

Daha sonra iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib.

Bundan əlavə, iclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial