USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı Gənclər Mərkəzində “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi nümayiş olunub


  • Sosial
  •  18:28 21.10.2023
  •  138
https://img.baki-baku.az/news/2023/10/photo_9192.jpg

Bakı Gənclər Mərkəzində Vətən müharibəsi şəhidi baş leytenant Muxtar Qasımlıya həsr olunmuş “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin nümayişi keçirilib. Dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər, media nümayəndələri, tələbə və gənclərin iştirak etdiyi tədbirin məqsədi şəhid Muxtar Qasımlının keçdiyi döyüş yolunu gənclərə aşılamaq, gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Mərkəzdən verilən məlumata görə, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Muxtar Qasımlının valideynləri – Əli Qasımov və Almaz Qasımova, Milli Məclisin deputatı Fazil Mustafa, Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP-ın Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər. Sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirlərindən, Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə Azərbaycan Bayrağını ucaltmasından fəxrlə danışıblar.

Çıxış edənlər ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından, sağlamlığından keçən qəhrəmanların xidmətlərinin xalqımız, dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıblar. Gələcək nəsillərin belə oğulların göstərdiyi şücaətləri özlərinə örnək götürərək yetişməsinin vacibliyini qeyd ediblər.

Sonra Muxtar Qasımlının xatirəsinə həsr olunmuş sənədli film nümayiş edilib. Vətən müharibəsi iştirakçısı - Suraxanı Rayon İcra Hakimiyyətində şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin şöbə müdiri Elmar Hüseyn qəhrəmanla bağlı xatirələrini bölüşüb.

Tədbirdə, həmçinin Bakı Gənclər Mərkəzinin istedadlı gəncləri vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələri səsləndiriblər.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial