USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fövqəladə Hallar Nazirliyi Lənkəranda təlim keçirib


  • Sosial
  •  16:25 19.10.2023
  •  120
https://img.baki-baku.az/news/2023/10/photo_9113.jpg

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonunun Liman şəhəri ərazisində nazirliyin regionda yerləşən qurumları və digər aidiyyəti dövlət orqanları ilə birgə “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qüvvə və vasitələrin real imkanlarının və qabiliyyətlərinin müəyyən edilməsi, qüvvə və vasitələrin idarəetmə sisteminin təkmilləşdirilməsi, fövqəladə hadisələr zamanı idarəetmə, qarşılıqlı fəaliyyət və hərtərəfli təminat səviyyəsinin artırılması, komandir-rəis heyətinin, qüvvə və vasitələrin hazırlıq səviyyəsinin, eləcə də bütün səviyyəli qərargahların əməliyyat hazırlığının yüksəldilməsi olub.

Təlimə FHN-in Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsi, Lənkəran və Masallı rayon Dövlət Yanğından Mühafizə hissələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsi, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətiin Cənub dalğıc axtarış qrupu, Lənkəran sularda xilasetmə məntəqəsi, Lənkəran Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi, Lənkəran şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran şəhər bölməsinin şəxsi heyətləri və texnikaları cəlb edilib.

Təlim zamanı şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə və davranış qaydaları barədə məlumatlandırılması, növbətçi qüvvələr cəlb edilməklə hadisəyə çevik reaksiya verilməsinin təşkili, əsas qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə, idarəetmə və qarşılıqlı fəaliyyətin, kimyəvi və yanğın-partlayış təhlükəli obyektlərdə baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması, insanların xilas edilməsinin təşkili üzrə tədbirlərin yerinə yetirilməsi, zərərçəkənlərin ilkin həyat təminatının təşkili, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlər həyata keçirilib.

Yekunda təlimin təhlili aparılıb, təlimə cəlb olunan nazirliyin struktur bölmələrinin təlim üzrə fəaliyyətinə dair məruzələr dinlənilib, mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri və yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə təlimlə bağlı müzakirələr aparılıb.

Təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial