USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Diplomatik korpusun nümayəndələri “Füzuli Şəhəri Günü” tədbirlərində


  • Sosial
  •  15:15 17.10.2023
  •  105
https://img.baki-baku.az/news/2023/10/photo_9044.jpg

“Füzuli Şəhəri Günü” tədbiri davam edir. Füzuli şəhərinə səfər edən diplomatik korpusun nümayəndələri tədbir çərçivəsində açılan sərgilərlə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, mədəniyyət naziri Adil Kərimli, diplomatik korpusun nümayəndələri, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov əvvəlcə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş "Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!" adlı sərgiyə baxıblar. Sonra “Ümumilli Lider Heydər Əliyev və Füzuli" adlı sərgi nümayiş olunub. Bundan başqa, "Yedditəpə kurqanları" abidəsində aşkarlanmış arxeologiya nümunələrinin sərgisi, "Azərxalça" ASC-in sərgisi, “100 Tar” adlı kompozisiya da qonaqlar tərəfindən maraqla qarşılanıb.

Daha sonra qonaqlar milli mətbəximizin təamlarından dadıblar.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin “Füzuli Şəhər Günü” münasibətilə Füzuli şəhərinə səfəri təşkil edib. Səfərdə 70-ə yaxın diplomat, habelə 30-a yaxın səfir iştirak edir. Diplomatik korpus nümayəndələri Şəhər Günü ilə əlaqədar təşkil olunan tədbirlərdə iştirak edirlər. Eyni zamanda, işğaldan azad edildikdən sonra Füzuli şəhərində aparılan tikinti, quruculuq işləri ilə yerində tanış olacaqlar.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial