USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xəbərdarlıq: Havanın temperaturu enəcək, yağış və qar yağacaq


  • Sosial
  •  15:51 07.10.2023
  •  95
https://img.baki-baku.az/news/2023/10/photo_8823.jpg?v=MjAyMy0xMC0wNyAxNTo1Mzo1MA==

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 8-i gündüzdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı proqnozlaşdırılır. Oktyabrın 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-28 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 30-35 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Oktyabrın 9-u axşamdan 10-u axşamadək fasilələrlə yağış yağacağı ehtimal edilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° enərək, oktyabrın 10-da gündüz saatlarında 13-16° isti olacağı gözlənilir.

Oktyabrın 8-i gündüzdən 9-u gündüzədək Azərbaycanın rayonlarında cənub-qərb küləyinin sürətinin 15-20, arabir 23-28 metr/saniyə olacağı proqnozlaşdırılır. Oktyabrın 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 30-35 metrədək güclənəcəyi ehtimal edilir.

Oktyabrın 9-u axşam şimal və qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial