USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BŞİH qışa hazırlıq üçün monitorinqlər keçirib


  • Sosial
  •  12:43 17.09.2020
  •  725
https://img.baki-baku.az/news/2020/09/photo_856.jpg

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri davam edir. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb. 

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. 

Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazirlıq tədbirləriin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində artıq bir neçə gündür ki, bütün paytaxt rayonlarında monitorinqlər keçirilib. 

Yerlərdə görülən işlərin müzakirəsi məqsədi ilə Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin,  rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərlərinin iştiraki ilə onlayn operativ müşavirələr keçirilib. Müşavirələrdə qışa hazırlığın vəziyyəti müzakirə edilərək hər bir sahənin rəhbərinin hesabatı dinlənilib. 

Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qalırmağı bacarmalıdır və  yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatı yaradılmalıdır. 

Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, yoxlamalar nəticəsində aşkarlanan çatışmamazlıqlar müzakirə edilərək onların aradan qaldırılması ilə bağlı cavabdeh şəxslərə tapşırıqlar verilib. 




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Bakı Şəhər İcra Hakimiyyəti