USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Anım Günü ərəfəsində “Zəfər zirvəsi”nə yürüşə çıxıblar


  • Sosial
  •  15:19 26.09.2023
  •  94
https://img.baki-baku.az/news/2023/09/photo_8518.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları Anım Günü ərəfəsində Baş Qafqaz silsiləsində Azərbaycanın ikinci ən hündür zirvəsi olan “Zəfər zirvəsi”nə kollektiv yürüş ediblər.

Agentliyin rəhbər heyəti və əməkdaşlarından ibarət 32 nəfərin iştirak etdiyi yürüş bələdçilərin müşayiəti ilə əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun, təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib.

Agentliyin Strateji kommunikasiya departamentindən verilən məlumata görə, çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları əvvəlcə düşərgədə gecələyib. Daha sonra dəniz səviyyəsindən 4301 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq I Qarabağ şəhidi Rizvan Baxşiyevin timsalında bütün şəhidlərin xatirəsini yad ediblər.

Yürüş iştirakçıları arasında şəhid Rizvan Baxşiyevin oğlu, agentliyin əməkdaşı Xamid Baxşiyev də olub.

Qeyd edək ki, Bazardüzü zirvəsindən şərqdə yerləşən adsız yüksəkliyə Vətən müharibəsindən sonra “Zəfər zirvəsi” adı verilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial