USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ekspertiza zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş 25 nəfərin kimliyi müəyyənləşib


  • Sosial
  •  15:15 18.09.2023
  •  81
https://img.baki-baku.az/news/2023/09/photo_8335.jpg

Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin götürülməsi prosesi xeyli sürətləndirilib. Bu günədək itkin düşmüş 3890 şəxsdən 3407 şəxsin ailə üzvlərindən 10815 bioloji nümunə götürülüb. Meyit qalıqlarının məhkəmə molekulyar genetik ekspertiza zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş 25 nəfərin şəxsiyyəti müəyyənləşib, meyit qalıqlarından 12-si artıq ailə üzvlərinə təhvil verilib.

Bu sözləri "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda hərbi prokuror Xanlar Vəliyev deyib.

"Hazırda digər meyit qalıqlarının kimliyinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə insan meyit qalıqlarının axtarışı prosesinin müəyyən obyektiv çətinlikləri var. Belə ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin basdırıldıqları kütləvi məzarlıqların əraziləri Ermənistan tərəfinə məlum olduğu halda, bununla bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, bu günədək Ermənistan həmin ərazilərin koordinatları barədə məlumatları verməkdən qəsdən yayınıb”, - deyə Xanlar Vəliyev vurğulayıb.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial