USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Müharibə əlillərinin, veteranlarının psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsi davam edir


  • Sosial
  •  14:24 16.09.2023
  •  86
https://img.baki-baku.az/news/2023/09/photo_8300.jpg

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu iyulun 1-dən sentyabrın 30-dək “Müharibə əlillərinin, veteranlarının psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsini həyata keçirir.

Fondun mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirən müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reabilitasiya və sosial təminat hüquqlarını Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən təmin olunmasına hüquqi köməklik göstərmək məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Sonda layihənin hüquqşünası, Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan mayor Fəqan Nəsibzadə müharibə əlillərinin və veteranlarının sosial və tibbi problemləri ilə bağlı suallarını cavablandırıb. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında elektron xidmət vasitəsilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin keçiriləcəyi vaxt və sonuncu müayinə barədə məlumat almağın yolları barədə maarifləndirilib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial