USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan ilə Qazaxıstanın prokurorluq və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir


  • Sosial
  •  19:41 15.09.2023
  •  90
https://img.baki-baku.az/news/2023/09/photo_8288.jpg

Baş prokuror Kamran Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Baş prokuroru Berik Asılovla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Baş prokuroru Berik Asılovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

İkitərəfli görüşdə Azərbaycanın Baş prokuroru vurğulayıb ki, etnik, tarixi, mədəni və dini ortaqlıqlar olan ölkələrimiz arasında son illərdə müxtəlif sahələrdə əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranmasında Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasındakı qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Həmçinin bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək hüquqi yardım, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri Berik Asılov təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. O, iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün çətinliklərdə bir-birinə dəstək verdiyini diqqətə çatdırıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial