USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı Metropoliteni: Sentyabrın 15-dən mümkün ən optimal hərəkət qrafiki tətbiq ediləcək


  • Sosial
  •  09:58 12.09.2023
  •  95
https://img.baki-baku.az/news/2023/09/photo_8165.jpg?v=MjAyMy0wOS0xMiAwOTo1OToxOA==

Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı Metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Bunu jurnalistlərə açıqlamasında Bakı Metropolitenin hərəkət xidmətinin rəisi Elxan Məmmədov bildirib.

O qeyd edib ki, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Onun sözlərinə görə, Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edilib. Həmin müddətdə "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla, qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. Bu, Bakı Metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək minimal intervallardır. Həmin sahədə günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.

E.Məmmədov əlavə edib ki, Bakı Metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə çox olacaq.

Vurğulayıb ki, “Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Qatarlar arasında şənbə günləri saat 07:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək. İstirahət və bayram günlərində sərnişinlərin axın hərəkətinə uyğun olaraq, qrafikə ediləcək əlavə dəyişikliklər barədə ictimaiyyətə məlumat veriləcək.

Xidmət rəisi qeyd edib ki, Bənövşəyi xətt, eləcə də Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

Bildirilib ki, sərnişinlər günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkətini, həmçinin daha böyük interval müşahidə edirlər. Bu, qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Belə hallarda "Ulduz-Həzi Aslanov" sahəsində interval daha çox olur. Həmin vaxt "Həzi Aslanov-Ulduz" sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsi mümkündür.

Həmçinin zərurət yarandığı təqdirdə, qatarların “Memar Əcəmi” və “Neftçilər” stansiyasından dövr etməsini nəzərə alaraq, həmin müddətlərdə “Nəsimi-Dərnəgül”, “Xalqlar dostluğu-Əhmədli” sahələrində də qatarlar arasında iki dəfə çox olmaqla, iki qatarın ardıcıl “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsi mümkündür.

Yeni qrafikin 2024-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.

“Bakı Metropoliteni” QSC gözlənilən sərnişin sıxlığı ilə əlaqədar istifadə qaydalarına riayət etməyi, xüsusən platformalarda qatarları gözləyərkən ehtiyatlı və diqqətli olmağı, qatarlardan minib-düşənlərə yol verməyi, vaqona minərkən qapı zonasında və stansiya platformalarının eskalator meydançalarında yubanmamağı və dayanmamağı xahiş edir. Çünki qatarların stansiyada yubanması intervalların pozulmasının səbəb olur. İntervalların təyin olunmuş həddi aşması isə qatarların hərəkət intensivliyini aşağı salmaqla, qatarların stansiyalara daxil olmadan tunellərdə dayanıb gözləməsinə, platformalarda, xüsusən sərnişin axını daha çox olan stansiyalarda qatar gözləyənlərin sayının daha da artmasına gətirib çıxarır.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial