USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

DOST RİM növbəti rəqəmsal savadlılıq təlimlərini Ağdam və Ağcabədidə keçirəcək


  • Sosial
  •  12:50 09.09.2023
  •  100
https://img.baki-baku.az/news/2023/09/photo_8115.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) bölgələrdə əhalinin sosial sahə üzrə elektron xidmətlərə dair savadlılığının artırılması üçün təlimləri davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, növbəti təlimlər sentyabrın 12-si saat 15:00-da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdam rayon qəbul şöbəsində, sentyabrın 13-ü saat 12:00-da isə DSMF-nin Ağcabədi rayon qəbul şöbəsində keçiriləcək.

Təlimlərdə yerli sakinlərə nazirlik üzrə e-xidmətlər və onlardan istifadəyə dair praktik məlumatlar veriləcək, sualları cavablandırılacaq.

Təlimlərdən sonra hər iki qəbul şöbəsində vətəndaşlar üçün yardım masaları təşkil olunacaq və e-xidmətlərlə bağlı sualları olan vətəndaşlara rəqəmsal dəstək göstəriləcək.

Bu tədbirlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən təşkil olunur. Məqsəd regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılmasıdır.

Xatırladaq ki, indiyədək DOST RİM tərəfindən Bərdə, Füzuli, Göygöl, Daşkəsən, Goranboy, Balakən, Zaqatala və Beyləqan rayonlarında belə təlimlər keçirilib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial