USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan ilə Qırğızıstanın Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin inkişafı müzakirə olunub


  • Sosial
  •  18:15 08.09.2023
  •  74
https://img.baki-baku.az/news/2023/09/photo_8103.jpg

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin İkinci iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə nazir K.Heydərov Qırğızıstan fövqəladə hallar nazirinin ölkəmizə səfərinin iki nazirlik arasında mövcud əlaqələrin daha da genişlənməsinə yeni təkan verəcəyinə əminliyini vurğulayıb.

2012-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində görülən işlərin əhəmiyyətinə toxunub. Nazir Qırğızıstan fövqəladə hallar nazirinin 2021-ci ilin dekabrında ölkəmizə uğurlu səfərini xatırladaraq, həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2022-2025-ci illər üçün perspektiv əməkdaşlıq Planı”nda yer alan müddəaların əhatə etdiyi əsas istiqamətlərdən danışıb.

Boobek Ajikeev Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin İkinci İclası çərçivəsində Bakıya səfərinin iki qurum arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini bildirib.

Qonaq həmin beynəlxalq sənədlər üzrə görülmüş işlərdən danışıb, münasibətlərin inkişafı üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial