USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İstanbuldakı soydaşlarımızın övladları məktəbli dəsti ilə təmin olunublar


  • Sosial
  •  09:45 05.09.2023
  •  93
https://img.baki-baku.az/news/2023/09/photo_8015.jpg

Yeni tədris ilinin başlaması münasibətilə İstanbul şəhərində yaşayan aztəminatlı soydaşlarımızın 300 övladına məktəbli dəsti təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə baş tutan mərasimdə Türkiyə ictimaiyyətinin nümayəndələri, valideynlər və uşaqlar iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev məktəbliləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb.

Komitə sədrinin müavini ,eyni zamanda, soydaşlarımızı Azərbaycan həqiqətləri, xüsusilə də Qarabağ kimi həssas mövzlarla bağlı övladlarını daim məlumatlandırmağa, onları yüksək vətənpərvərlik ruhunda yetişdirməyə dəvət edib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADEF İdarə heyətinin sədri Ədalət Turan və  sədr müavini Pərviz Məmmədzadə bu təbriklərə qoşulublar.  

Valideynlər övladlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

 




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial