USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Koqalım şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib


  • Sosial
  •  14:38 04.09.2023
  •  98
https://img.baki-baku.az/news/2023/09/photo_7994.jpg

Rusiyanın Koqolım şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gül bayramı keçirilib.

“Dostluq” Milli-Mədəni Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan bayram tədbirində Xantı-Mansiysk muxtar dairəsi – Yuqra ictimaiyyətinin və Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun nümayəndələri iştirak ediblər. 

Tədbir zamanı parlaq gül kompozisiyaları nümayiş etdirilib. Ənənəyə uyğun olaraq, bayram mövzusunu əks etdirən ən yaxşı kompozisiyalar müəyyən edilib. Qaliblər və bütün iştirakçılar xatirə hədiyyələri və sertifikatlarla mükafatlandırılıb.

Tədbirdə çıxış edən Azərbaycanın Yekaterinburqdakı Baş konsulu v.i.e Şöhrət Mustafayev görkəmli dövlət xadiminin bir əsrlik yubileyinin dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyada qeyd olunduğunu bildirib. Ümummilli liderin Azərbaycan-Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıb.  Koqalımdakı Gül bayramının da yüksək səviyyədə təşkil olunduğunu vurğulayan azərbaycanlı diplomat şəhər sakinlərinə çoxmillətli Rusiyada mehribanlıq və harmoniya içində yaşamağı arzulayıb.

Tədbirin bədii hissəsində müxtəlif yaradıcı kollektivlərinin ifasında 2 saat davam edən konsert proqramı təqdim olunub.

Gül bayramı çərçivəsində Koqalımın “Metro” gənclər mərkəzinin ərazisində ağaclar əkilib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial