USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmət mərkəzləri yaradılacaq


  • Sosial
  •  11:47 02.09.2023
  •  91
https://img.baki-baku.az/news/2023/09/photo_7965.jpg

Hərəkət qabiliyyəti zəif olan əlilliyi müəyyən edilmiş və ahıl şəxslərə sosial xidmətlərin operativ şəkildə göstərilməsi üçün mobil xidmət mərkəzləri yaradılacaq.

Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planında 2024–2026-cı illərdə bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, planda 4 şəhər və rayonda mobil xidmət mərkəzləri vasitəsilə azı 200 nəfər əlilliyi müəyyən edilmiş və 150 ahıl şəxsə mobil xidmətlərin göstərilməsi imkanının yaradılacağı bildirilir. Həmin xidmətlər onların lazım olan yardım və sosial xidmətləri daha çevik şəkildə əldə etmələrinə yönəlib.

Sənədə əsasən, 6 şəhər və rayonda ahıl şəxslərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə edilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı layihələr də həyata keçiriləcək.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial