USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Forbes”: Minalar Azərbaycanda kənd təsərrüfatını təhdid altına alır


  • Sosial
  •  12:38 30.08.2023
  •  90
https://img.baki-baku.az/news/2023/08/photo_7893.jpg

Amerikanın dünyaca məşhur “Forbes” nəşri Azərbaycan və Ukraynadakı mina problemi ilə bağlı məqalə dərc edib.

Məqalədə mina probleminin kənd təsərrüfatı üçün təhdidindən də söz açılır. Eləcə də məqalədə Azərbaycanın üzləşdiyi mina problemlərinin həlli yolundakı görülən innovativ tədbirlərdən də bəhs edilib.

Nəşr Azərbaycan və Ukraynadakı mina problemini vurğulayaraq hər iki ölkənin ən münbit torpaqlarının minalarla çirkləndiyini və həmin ərazilərin təmizlənməsi üçün külli miqdarda vəsait tələb olunduğunu diqqətə çatdırıb.

Araşdırmaçı jurnalist Cozef Hammond məqaləsində Azərbaycanın Qarabağ bölgəsinin 30 illik işğaldan sonra azad edildiyini xatırladıb və bu bölgənin də Ukrayna əraziləri kimi kütləvi şəkildə minalandığını oxucuların diqqətinə çatdırıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan Sovet İttifaqının son günlərində erməni separatçıları tərəfindən zəbt edilmiş və otuz il ərzində işğal altında qalmış, beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük bir hissəsini 2020-ci ildə geri aldı. Ukrayna kimi bu torpaqlar da sovet dövründən qalma minalarla daha çox çirklənib və bu torpaqlar da Azərbaycanın istifadə etməyə ümid etdiyi kənd təsərrüfatı potensialına malikdir.

Yüz minlərlə keçmiş məcburi köçkün öz evlərinə qayıtmağa və dağılmış şəhərləri bərpa etməyə ümid etdiyi üçün Azərbaycan minaların təmizlənməsini əsas prioritet hesab edib. Həmin rayonlar bir vaxtlar kənd təsərrüfatı məhsulları ilə tanınıb.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə dair bu təcili ehtiyac Azərbaycanın “ən mühüm məsələlərindən” biridir. Lakin minaların təmizlənməsi üçün ən böyük maneələrdən biri xərcdir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə görə minanın istehsalının dəyəri 3 dollardan 75 dollara qədər nisbətən ucuz olsa da, bir minanın çıxarılması üçün tələb olunan xərc 300-1000 dollar arasında dəyişə bilər. Hətta zəngin təbii qaz ehtiyatlarına görə nisbətən varlı ölkə olan Azərbaycan üçün də bu, böyük problem yaradır. Ukrayna üçün bu, daha pis olacaq.

1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə ölkəni minalardan təmizləmə mandatı ilə yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) minalardan təmizləməyə görə innovativ yanaşmalar işləyib hazırlayıb. Bu illər ərzində ABŞ hökuməti tərəfindən də dəstəklənib. Bu gün agentlik məcburi köçkünlər arasından yeni könüllülər də hazırlayır.

ANAMA, həmçinin məcburi köçkünlərin güzəranının bərpasına kömək etmək üçün mikro-kredit təşəbbüsləri kimi digər layihələrdə də iştirak edib.

Azərbaycanda başqa məyusluqlar da mövcuddur. Ermənistan hakimiyyəti ardıcıl olaraq minaların harada yerləşdirildiyini göstərən xəritələri təhvil verməkdən imtina edib və ya verdiyi xəritələr uğursuz olub.

Azərbaycan minalarla mübarizədə kömək üçün APOPO-dan da istifadə edib. Təşkilat ABŞ-da qeydiyyatdan keçmiş, baş ofisi Tanzaniyada olan qeyri-kommersiya təşkilatıdır. APOPO mina təmizləmə ictimaiyyətində həm itlərdən, həm də nəhəng Afrika kisəli siçovullardan mina təmizləmə prosesində istifadə etdiyinə görə məşhurdur.

“Azərbaycanda yeni şeyləri və innovativ həlləri sınamaq istəyi var”, -bunu həm Azərbaycanda, həm də Ukraynada minatəmizləmə işləri ilə məşğul olan APOPO-nun direktoru İtamar Levi bildirib.

Qeyd olunub ki, hər iki ölkədə minalarla mübarizə uzun illər sürəcək. Ukrayna məsələsində, bəzi analitiklər Ukrayna ərazisinin təxminən 30 faizi hazırda minalandığını və yeni və innovativ həllər tətbiq edilməsə, bu minaların təmizlənməsinin əsrlər çəkə biləcəyini bildiriblər. Bununla belə bu, hər iki ölkədə qeyri-mümkün mübarizə deyil. Çünki hər iki ölkədə fermerlərin bir gün yenidən əkinlə məşğul ola bilməsini təmin etməyə çalışan fərdlər və təşkilatlar var.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial