USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qurban Yetirmişli: Yeni zəlzələnin baş verəcəyi barədə söylənilənlər şayiələrdir


  • Sosial
  •  14:25 04.07.2023
  •  184
https://img.baki-baku.az/news/2023/07/photo_7606.jpg

İyulun 4-də yerli vaxtla saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran və Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 4-5 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 kilometr olub. Dağıntı və tələfat olmayıb.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, dağıntı və tələfatla bağlı nazirliyə hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. “DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”, - deyə nazirlikdən bildirilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) də, öz növbəsində, qeyd edib ki, zəlzələ ilə əlaqədar dağıntı və tələfat barədə quruma məlumat daxil olmayıb.

Lakin zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. TƏBİB-dən “Xalq qəzeti”nin sorğusuna cavab olaraq bildirilib ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub. Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub. Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub.

Xəzər dənizində baş vermiş zəlzələ səbəbindən AMEA nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransı keçirib. Professor ölkəmizin zəlzələ zonasında yerləşdiyini və nə vaxtsa yenidən yeraltı təkanların baş verə biləcəyini söyləyib: "Ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılıq da nəzərə alınır və layihələr buna əsasən hazırlanır”.

Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun sözlərinə görə, yeraltı təkanın müddəti 10 saniyədən də az olub və heç bir dağıntı qeydə alınmayıb. 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur: “Kiçik təkanlar var və olmalıdır. Avterşoklar, enerji boşalmaları gedir. Çünki güclü təkanlar olub. Bununla yanaşı, ola bilsin ki, arada 3 maqnitudada hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı 65 kilometr dərinlikdədir".

İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şengör bir müddət əvvəl Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlama etmişdi. Qurban Yetirmişli bu fikrə aydınlıq gətirərərk şayiələrə inanmamağı tövsiyə etdi: “Cəlal Şengör Azərbaycanda iyulun 4-ü gecə saat 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran və Çində zəlzələlər olacaq. Olanda deyərsiniz ki, demişəm. Bununla yanaşı, fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilir. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur”.

Qurban Yetirmişli sonda insanları şayiələrə qəti inanmamağa səslədi: “Zəlzələ yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar. İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxribata, yazılan şayiələrə inanmasınlar. Gedib evlərində rahat yatsınlar. Qorxulu heç nə yoxdur".

Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. Məlumata əsasən, agentliyin mütəxəssisləri tərəfindən gecə boyu yol infrastrukturuna baxış keçirilib, süni mühəndis qurğularının vəziyyəti yoxlanılıb.

Zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən Azərbaycan Dəmir Yollarının (ADY) Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb. Bildirilib ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.

Rizvan FİKRƏTOĞLU




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial