USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda dönər biznesi nümunəviləşdirilir AQTA və ƏƏSMN bunu necə edəcək?


  • Sosial
  •  11:23 15.09.2020
  •  351
https://img.baki-baku.az/news/2020/09/photo_760.jpg?v=MjAyMC0wOS0xNSAxMTozOToxMw==

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yeni layihəyə start verir”. 

APA-nın məlumatına görə, bunu onlayn mətbuat konfransında AQTA-nın Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl deyib. O, bildirib ki, layihə Azərbaycanda nümunəvi biznesin yaradılmasını özündə birləşdirir: “Bununla da onların rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində beynəlxalq standartlara cavab verilməsi təşkil edilir. Bununla yanaşı sahibkarların əhaliyə tam və təhlükəsizlik qida təmin etməsi üçün imkanlar genişləndirilir. Bura avadanlıqlar, eyni zamanda obyektin texniki baxımdan saz vəziyyətə gətirilməsi daxildir”. 

O.Mikayıl layihədə iştirak edən sahibkarlıq subyektlərində müvafiq qiymətləndirmə aparıldığını vurğulayıb: “Eyni zamanda lazımı təşkilati və texniki dəstəyi göstərəcəyik. Layihə dövlət qurumlarının vəsaiti hesabına icra olunacaq”.

“Dönər biznesi ilə məşğul olan sahibkarlıq obyektlərinin sağlamlaşdırılması layihəsi çərçivəsində həmin obyektlərinin lazımi avandanlıqlarla təmin olunması nəzərdə tutulur”.

Onlayn mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr və layihələrlə iş departamentinin direktoru Hacı Əliyev də çıxışında sözü dönər üzərinə gətirib. O bildirib ki, Nazirliyin hazırda özünəməşğulluq proqramı çərçivəsində layihədə iştirak edən sahibkarlara dəstək nəzərdə tutulur. Eyni zamanda həssas qrupların layihə çərçivəsində əmək müqaviləsi ilə iştirakı həyata keçiriləcək. "Birgə aparılan layihələr spesifik qruplara hədəfləndiyi üçün layihənin effektivliyinin yüksək olacağını düşünürük”.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Sosial