USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şəmkirdə uşaqları sevindirdilər…


  • Sosial
  •  16:52 01.06.2023
  •  114
https://img.baki-baku.az/news/2023/06/photo_7542.jpg

         Şəmkirdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir rayon icra hakimiyyəti və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilmişdir.

         Şəhid və qazi övladlarının, 2022-2023-cü tədris ilində rayon üzrə fərqlənən şagirdlərin, müəllimlərin, azyaşlıların və valideyinlərin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış etmişdir. O, bu günün yaranması tarixindən, tədbirin əhəmiyyətindən söz açaraq ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışmışdır.

         Rayon rəhbəri demişdir ki, Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsini daim vacib vəzifə hesab etmiş və bu sahədə bir sıra mühüm qərarların qəbul olunması üçün böyük işlər görmüşdür. Dövlət başçısımız, cənab İlham Əliyevin də uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

         Tədbirdə məktəblilərin və məktəbəqədər təhsil müəssisələrinin bədii kollektivlərinin ifasında musiqilər, səhnəciklər təqdim olunub.

         Sonda 2022-2023-cü tədris ilində təhsildə və idmanda rayon üzrə fərqlənən şagirdlər, onların müəllimləri RİH başçısının fəxri fərman və təşəkkürnamələri ilə təltif ediliblər.

 

                       Hamlet QASIMOV

 




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Sosial