USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Azərbaycan səhiyyəsi və Heydər Əliyev"


  • Sosial
  •  17:08 30.05.2023
  •  111
https://img.baki-baku.az/news/2023/05/photo_7535.jpg

         Ağstafada “2023-cü il Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər öz mövzu rəngarəngliyinə görə seçilir. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan növbəti tədbir “Azərbaycan səhiyyəsi və Heydər Əliyev” mövzusuna həsr olunmuşdu.

         Səhiyyə işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkından başlamışdır. Burada Ulu Öndərin abidəsi ziyarət edildikdən sonra Mədəniyyət Mərkəzinin foyesində Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitab sərgisinə baxış olmuşdur.

         Mərkəzin akt zalında isə Ulu Öndərin milli səhiyyənin inkişafı üçün misilsiz xidmətlərindən və bu sahəyə bəxş etdiyi əvəzsiz töhfələrindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

         Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından, bütün fəaliyyəti boyu ölkəmizin çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü misilsiz xidmətlərindən danışmışdır. Rayon rəhbəri demişdir ki, milli səhiyyəmizin inkişafının tarixini yazan Ulu Öndərin apardığı siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla və peşəkarlıqla davam etdirilir.

         Tədbirdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktor müavini Cəmalə Rəhimova, 44 günlük Vətən müharibəsi iştirakçısı, cərrah həkim Teyyub Carçıyev, terapiya şöbəsinin müdiri Vüqar Alıyev, həkim-laborant Samirə Bayramova və başqaları çıxış edərək Ümummilli liderin ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı gördüyü işlərdən söhbət açmış, maraqlı faktlar söyləmişlər.

 

             Hamlet QASIMOV

 

 

 

 

 

 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Sosial