USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Göygöldə sel nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir” - komissya sədri


  • Sosial
  •  10:08 26.05.2023
  •  98
https://img.baki-baku.az/news/2023/05/photo_7527.jpg

Dünən Göygöl rayonunun Topalhəsənli, Şəhriyar, Kərəmli və Zurnabad kəndləri ərazisində yağan güclü leysan yağışları nəticəsində sel sularının miqdarı artaraq Topalhəsənli kəndi ərazisində qaz, işıq və rabitə xəttlərinə ziyan yetirib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Rayon Fövqaladə Hallar Komissiyasının sədri Arzu Qocayev deyib.

“Aidiyyatı qurumların nümayəndələri dərhal hadisə yerinə cəlb olunub. İlkin müdaxilə nəticəsində yollarda hərəkət qısa müddətdə təmin edilib. Topalhəsənli, Şəhriyar, Kərəmli və Zurnabad kəndlərinin müəyyən hissələrinə təbii qaz və elektrik enerjisinin verlişi bərpa olunub. İlkin məlumata əsasən, beş nəqliyyat vasitəsinə ziyan dəyib. Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir,” – deyə komissya sədri bildirib.

Qeyd edək ki, mayın 25-i axşam saatlarında baş verən təbii fəlakət nəticəsində polis əməkdaşlarının köməyi ilə Gəncə şəhər sakinləri V.Həziyev, T.Məmmədova və V.Həziyeva çay axınından xilas edilib, ilkin yardım göstərilib. İtkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun isə meyitləri tapılaraq müvafiq ekspertizaya təqdim edilib.




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Sosial