USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şəmkirdə “bal tutan”lar üçün “barmaq yalamaq” təlimi ...


  • Sosial
  •  12:38 23.05.2023
  •  125
https://img.baki-baku.az/news/2023/05/photo_7513.jpg

         Bal saxlayan çoxdur, amma bal tutan az. Nahaq demirlər ki, “bal tutan barmaq yalar”.

         Bu günlərdə Şəmkirdə bu atalar sözünün nahaqdan deyilmədiyi fermerlərə əyani şəkildə nümayiş etdirilib. DAİM-in təşkilatçılığı ilə Şəmkirli fermer Elşən Cəfərova məxsus təsərrüfatda bir qrup arıçıya Gəncə Regional Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən keçilən təlim bir daha sübut edib ki, arıdan yaxşı bal çəkmək üçün onun bütün incəliklərini bilməlisən.

         Səyyar formada keçirilən təlimdə iştirak edən arıçılara arı xəstəlikləri və onlara qarşı mübarizə, onlara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi haqqında ətraflı məlumatlar verilib. Eyni zamanda, arı xəstəliklərinin başvermə səbəbləri, xəstəliyin gedişi, təsərrüfata vurduğu iqtisadi ziyan, müalicəsi, profilaktikası və xəstəliyə qarşı aparılan mübarizə tədbirləri arıçıların diqqətinə çatdırılıb. Arıçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdən sonra müxtəlif arıçılıq təsərrüfatlarına baxış keçirilib.

Qeyd edək ki, Şəmkirdə fermerlərin son vaxtlar arıçılığa marağı xeyli artıb. Bunu rəqəmlərdə də görmək mümkündür. Əgər 2021-ci ildə 18 min 775 ədəd, 2022-ci ildə 20 min 170 ədəd arı ailəsi mövcud idisə, bu il həmin rəqəm 21min 687-yə çatıb.

         Həmin gün adıçəkilən təşkilatın mütəxəssisləri Düyərli kəndində “Qarğıdalının becərilmə aqrotexnologiyası, xəstəliklərə qarşı mübarizə tədbirləri” mövzusunda da təlim keçirib, fermerləri maraqlandıran sualları cavablandırıblar. 2023-cü ildə Şəmkirdə qarğıdalı əkini 50 faiz artaraq 1224 hektara çatmışdır. Fermerlər cari ildə də təsərrüfatlardan yüksək məhsuldarlıq əldə etməyi planlaşdırırlar.

 

                 Hamlet QASIMOV

 Şəmkir

 




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial