USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bir daha bəyan edib


  • Sosial
  •  15:28 22.05.2023
  •  17
https://img.baki-baku.az/news/2023/05/photo_7506.jpg

“Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadratkilometr olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir”. “Sputnik Armeniya”ya istinadən xəbər verilir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan mətbuat konfransında çıxışı zamanı bəyan edib: “Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadratkilometr ərazisini tanıyır”.

Qeyd edək ki, Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığını bildirib.

 




Redaktorun seçimi

Sosial