USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Alman modelli traktor istəyirsiniz? Buyurun Gəncəyə”


  • Sosial
  •  16:44 19.05.2023
  •  120
https://img.baki-baku.az/news/2023/05/photo_7489.jpg

Ölkəmizi 20 ilə yaxındır ki, avtomobil və kənd təsərrüfatı texnikası ilə təmin edən Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində növbəti yeni bir səhifə açılmışdır. Müəssisə dünya bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın SDF qrupu ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Birliyin mətbuat xidmətinin verdiyi məlumata görə, ilkin mərhələdə alman modelləri olan DEUTZ-FAHR 4100 W, 6205 g və 115 G AGROFARM modellərinin Azərbaycanda yığılması üçün razılıq əldə edilib. Müqavilənin şərtlərinə görə, Gəncə zavodu İtaliyanın SDF qrupu ilə ikitərəfli əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırasını gələcəkdə genişləndirməyi nəzərdə tutur.

Yeni model traktorların təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə şurasının sədri Xanlar Fətiyev, İtaliyanın SDF qrupunun beynəlxalq regional direktoru Umberto Miceli və digər rəsmi qonaqlar iştirak ediblər.

Müqaviləni Gəncə avtomovil zavodu İB-nin direktoru Bağban Nəbiyev və  İtaliyanın SDF qrupunun beynəlxalq regional direktoru Umberto Miceli inzalayıblar. Birliyin serviz və marketinq şöbəsinin apardığı araşdırmalara görə keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alaraq Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi il ərzində ilkin mərhələdə 300-ə yaxın traktorun yığılmasını planlaşdırır.  

Məlumat üçün bildirək ki, 2004-cü ildən fəaliyyətə başlayan Gəncə avtomobil zavodu 2007-ci ildən bəri 15 minə yaxın müxtəlif modeldə və modifikasiyada traktorlar və digər kənd təsərrüfatı texnikaları yığaraq təhvil verib. Bu müddətdə zavodda həm də 5 mindən artıq müxtəlif markalı və müxtəlif modeldə yük avtomobilləri yığılıb.

               Hamlet Qasımov

 

 

 




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial