USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xorvatiya parlamentariləri ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər


  • Sosial
  •  17:01 15.05.2023
  •  132
https://img.baki-baku.az/news/2023/05/photo_7471.jpg

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya parlamenti sədrinin müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Eyni zamanda, “Əbədi məşəl” abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva və digər rəsmi şəxslər müşayiət ediblər.

Qeyd edək ki, Xorvatiya parlamenti sədrinin müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti sabah mayın 16-da ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak edəcək.

 

Anar ƏLİ,

“Xalq qəzeti”




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial