USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür


  • Sosial
  •  10:48 08.05.2023
  •  150
https://img.baki-baku.az/news/2023/05/photo_7431.jpg

1953-cü ildən qeyd olunan Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü 1828-ci il mayın 8-də anadan olmuş isveçrəli ictimai xadim, Nobel Sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib.

AZƏRTAC xəbər verir ki, Dünanın təşəbbüsü ilə XIX əsrin ortalarında ilk dəfə döyüş meydanlarında yaralılara yardım göstərmək məqsədilə könüllülər qrupu yaradılmağa başlayıb. 1863-cü ildə onun təşəbbüsü ilə Qırmızı Xaçın fəaliyyətə başlamasını elan etmək üçün konfrans çağırılıb. Beynəlxalq Qırmızı Xaçın rəsmi adı Haaqada keçirilən 13-cü beynəlxalq konfransda təsdiq edilib. Konfransda təşkilatın nizamnaməsi qəbul edilib və həmin nizamnamə 1952 və 1965-ci illərdə dəyişdirilib. İlk dəfə Qırmızı Xaç Günü 1948-ci ildə qeyd edilib. Lakin müəyyən vaxtlarda onun adı dəyişdirilib və 1984-cü ildən Dünya Qırmızı Xaç və Qızıl Aypara Günü adlandırılıb.

1986-cı ilin oktyabrında keçirilən Qırmızı Xaçın 25-ci beynəlxalq konfransında təşkilatın yeni adı – Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı olaraq təsdiq edilib. Bu qurumun vəzifəsi hərbi münaqişələr zamanı yaralılara, xəstələrə və əsirlərə, təbii fəlakət qurbanlarına kömək göstərməkdən ibarətdir. Hərəkatın fəaliyyətinin əsas prinsipləri humanistlik, qərəzsizlik, könüllülük və universallıqdır.

Hazırda dünyanın 190 ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Qırmızı Xaçın əməkdaşları və könüllüləri fəaliyyət göstərir. Eyni zamanda, bu beynəlxalq struktur və Azərbaycan hökuməti arasında əməkdaşlıq yaxşı əsaslar üzərində qurulub.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial