USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Romada ağacəkmə aksiyası keçirilib


  • Sosial
  •  16:44 19.04.2023
  •  126
https://img.baki-baku.az/news/2023/04/photo_7397.jpg

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Roma şəhərinin məşhur “Villa Borghese” parkında ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, hər iki səfirliyin əməkdaşları, Roma şəhər meriyasının Ətraf mühitin mühafizəsi bölməsinin rəhbəri Rosario Fabiano və meriyanın digər rəsmiləri iştirak ediblər.

Aksiyaya, həmçinin İtaliyada işgüzar səfərdə olan Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli, işçi qrupunun üzvü, deputat Tahir Mirkişili, İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri senator Marko Skurria və İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldi qatılıblar.

Çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu, fəaliyyəti, eləcə də Ulu Öndərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-İtaliya münasibətlərinin qurulmasında müstəsna xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib. Bu məqsədlə Ulu Öndərin irsinin və ideyalarının geniş ictimaiyyətə çatdırılması istiqamətində il ərzində İtaliyanın müxtəlif şəhərlərində silsilə tədbirlər keçiriləcək.

Sonra tədbir iştirakçıları 2012-ci ildə Heydər Əliyev Fondu və səfirliyin təşkilatçılığı ilə görkəmli Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin “Villa Borghese” parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial