USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

YAP-dan yeni layihə - partiya təqaüdü

Hakim partiya ən yüksək təhsil nəticələri göstərmiş 10 tələbəyə partiya təqaüdü verilməsi barədə qərar qəbul edib


  • Sosial
  •  12:01 14.09.2020
  •  333
https://img.baki-baku.az/news/2020/09/photo_732.jpg

Yeni Azərbaycan Partiyası (YAP) pandemiya dövründə dərs ilinin başlanmasını yeni layihə ilə qarşılayır. Ən yüksək təhsil nəticələri göstərən 10 nəfər universitet tələbəsinin hər birinə ayda 50 manat məbləğində partiya təqaüdü verilməsi qərara alınıb. Partiya təqaüdünə namizədlərin Təhsil Nazirliyi tərəfindən təqdim edilməsi nəzərdə tutulur. Hesab edirik ki, Yeni Azərbaycan Partiyasının bu addımı pandemiya dövründə və ondan sonra Azərbaycanda təhsilin populyarlaşdırılmasına, gənclərimizin biliklərə yiyələnməyə həvəslərinin daha da güclənməsinə töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası tərəfindən yeni layihəyə start verilməsi ilə əlaqədar partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

Hüseyn Paşayev qeyd edib ki, 2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyası tərəfindən məktəblilərin “Heydər Əliyev” inşa yazısı müsabiqələrinin qalibləri olmuş universitet tələbələrinə də təqaüdlər verilir. Hazırda 70 tələbə bu cür təqaüdləri alır. Ümumiyyətlə, 2004-cü ildən bəri 150-dən artıq tələbəyə Yeni Azərbaycan Partiyasının təqaüdləri verilib.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Sosial