USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda İran əleyhinə növbəti bəyanat


  • Sosial
  •  13:12 28.12.2022
  •  3064
https://img.baki-baku.az/news/2022/12/photo_7302.jpg?v=MjAyMi0xMi0yOCAxMzoxNzowNg==

Sumqayıt şəhəri, Abşeron və Xızı rayonunda fəaliyyət göstərən din xadimlərinin İran İslam Respublikasının antiazərbaycan siyasəti ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir:

"Xalqımız Vətən müharibəsində zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra  qonşu İran İslam Respublikasının sərhədlərimizdə hədələyici hərbi təlimlər keçirməsi və  Ermənistana hərbi-siyasi dəstək verməklə Azərbaycana yönəlik təxribat xarakterli addımları biz dindarların narahatlığına və haqlı narazılığına səbəb olmuşdur.

İslam dünyasının bir parçası kimi  Azərbaycanın  milli-mənəvi, eləcə də dini dəyərlərin qorunması, dünyada islamafobiyaya qarşı ciddi mübarizə aparmasına baxmayaraq, xalqlarımızın tarixən formalaşan ortaq dini-mədəni dəyərlərini gözardı edərək özünü şəriət dövləti adlandıran İranın bir zamanlar işğal altında olan torpaqlarımızda islam maddi-mədəniyyət nümunələrini məhv edən, məscidlərimizdə dinimizin haram buyurduğu heyvanları saxlayan, qəbirləri dağıdan  barbarlara  isti münasibəti İslam respublikası fəlsəfəsini şübhə altında qoyur. Qonşu ölkə rəhbərliyi anlamalıdır ki, bu şübhələr və onun doğurduğu sualların çoxalması həm də öz milli təhlükəsizlikləri baxımından onları narahat etməlidir.

Bildiririk ki, dövlətimiz qonşularla mehriban və dostluq şəraitində yaşamaq, başqa dövlətlərlə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında münasibətlərin qurulmasını vacib bilir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu  qonşu dövlətlərlə bağlı müəyyənləşdirdiyi siyasi kurs bugün prezident İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir. Bu siyasi xətt xalqlarımızın maddi-mədəni inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə və regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

İran Azərbaycanın beynəlxalq və regional müstəvidə artan siyasi-iqtisadi nüfuzunu, güclü rəhbər-xalq-ordu həmrəyliyi ilə ölkəsinin suverenliyinə, ərazi bütövlüyünə qarşı istənilən təxribatın qarşısını almağa qadir olduğunu bilməli və məkrli hərbi-siyasi kampaniyasına son qoymalıdır".




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Sosial