USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Azərbaycanda havanın temperaturu 40 dərəcəyədək artacaq


  • Sosial
  •  12:49 02.08.2022
  •  662
https://img.baki-baku.az/news/2022/08/photo_7271.jpg

Avqustun 3-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 9-14° isti, gündüz 23-28° isti olacaq.




Redaktorun seçimi

Sosial